12:16 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
HADİSƏ
Qısa URL
2901

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə hadisə barədə məlumatsız olduğunu deyib.

BAKI, 9 okt – Sputnik. Dünən gecə saat 23 radələrində “Monte Kristo” şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb.

Sputnik modern.az-a istinadən xəbər verir ki, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib. Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.

Binəqədi rayonu 5-ci polis bölməsi isə belə bir faktın qeydə alınmadığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də hadisə barədə məlumatsız olduğunu deyib.


Əsas mövzular