07:01 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
160110

Türkiyənin Mardin vilayətində növbəti terror aktı törədilib.

BAKI, 16 sen — Sputnik. Türkiyənin Mardin vilayətində növbəti terror aktı törədilib.

Sputnik-in xəbərinə görə, PKK terrorçuları vilayətin Nuşaybin rayonunda zirehli avtomobili partladıblar. İçərisində polislərin olduğu zirehli avtomobilin partladılması nəticəsində biri komissar olmaqla 3 polis şəhid olub, biri ağır yaralanıb.

Terrorçular əvvəlcədən basdırdıqları partlayıcı qurğunu zirehli avtomobil yoldan keçərkən işə salıblar. Ərazidə irimiqyaslı əməliyyatlara başlanıb, rayonun giriş-çıxışı nəzarətə götürülüb.

Siirt vilayətinin Eruh və Pürvari rayonlarında terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 9 terrorçu məhv edilib.

Eruhda hərbi bazaya silahlı hücum edilib. Hərbçilərin cavab atəşi ilə terrorçular geri çəkilib, onlardan 6-sı öldürülüb.

Pervari rayonunda isə terrorçuları təqib edən hərbçilər onlardan 3-ü məhv ediblər.

Teqlər:
PKK terrorçuları, Türk polisi, terror aktı, terror, PKK terror təşkilatı, PKK, Pervari rayonu, Mardin vilayəti, Türkiyə

Əsas mövzular