22:56 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
5611

Masallıda yaşayış evində ölümlə nəticələnən yanğın olub.

BAKI, 13 avq — Sputnik. Masallıda yaşayış evində ölümlə nəticələnən yanğın olub.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu, Yolağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibinin oglu, 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Teqlər:
Massalıda yanğın, FHN, Fövqəladə Hallar Nazirliyi, Masallı rayonu Yolağac kəndi, Massalı rayonu, Masallı, Azərbaycan

Əsas mövzular