21:22 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Mi-8 helikopterinin qəzaya uğraması

Ötən il helikopter qəzasında həlak olanların cəsədləri indi tapılır

© Sputnik / Mikhail Voskresensky
HADİSƏ
Qısa URL
1801

Rusiyada ötən il qəzaya uğrayan Mi-8 helikopterindəki 11 nəfərin cəsədi tapılıb.

BAKI, 12 avq — Sputnik. Rusiyada ötən il qəzaya uğrayan Mi-8 helikopterindəki 11 nəfərin cəsədi tapılıb. 

Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, 2014-cü ilin oktyabrın 10-da Rusiyanın Tuva Respublikasında qəzaya uğrayan helikopter avqustun 9-da təsadüf nəticəsində tapılıb. 

Belə ki, 2014-cü ilin 10 oktyabrında Tuva Respublikasının Kızıl şəhərinin Soruq Tocin rayonuna “Tıva-Avia” şirkətinə məxsus şəxsi məqsədlə uşuş həyata keçirən Mi-8 helikopteri ilə  birdən-birə əlaqə kəsilib. Helikopterdə 7 sərnişin və 5 nəfər heyət üzvü olub. O zaman aparılan axtarışlar nəticə verməyib və  helikopteri tapmaq mükün olmayıb.

Ancaq bu ilin avqustun 9-da Mərkəzi hərbi dairəsinin hərbçiləri meşədə yanğına qarşı kəşfiyyat işləri apararkən Tuvanın Kızıl şəhəri yaxınlığındakı Uluq-O dağının yarğanında qəzaya uğrayan helikopterin  qalıqları aşkar edilib. Bundan sonra aparılan axtarışlar nəticəsində qəza zamanı həlak olan 11 nəfərin cəsədini tapmaq mümkün olub. Hazırda tapılan cəsədlərin Kızıl şəhərinə göndərilməsinə hazırlıq işləri gedir.  Kızıl şəhərində üzərində aparılan identifakasiya işlərindən sonra cəsədlərin kimliyi bəlli olacaq. 

Teqlər:
Mi-8 helikopteri, Mi-8 helikopterinin qəzaya uğraması, Rusiya Federasiyası, Rusiya

Əsas mövzular