13:46 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Körpü-Bina-Tikinti MMC

“Körpü-Bina-Tikinti” MMC-dən oğurluq edənlər hələ tutulmayıblar

kbt
HADİSƏ
Qısa URL
56421

Şirkət rəhbərinin iş otağındakı seyfindən oğurluq edənlərin axtarışı davam etdirilir.

BAKI, 10 avq — Sputnik. Şirkət rəhbərinin iş otağındakı seyfindən oğurluq edənlərin axtarışı davam etdirilir.

Sputnik xəbər verir ki, keçən həftə Xırdalan şəhərində “Körpü-Bina-Tikinti” MMC-nin istehsalat bazasının rəisi Əflatun Göyüşovun xidməti otağındakı seyfdən oğurluq edilib. Oğrular seyfdən rəsmi məlumata görə, 6 min manat və qızıl-zinyət əşyalarını aparıblar.

Sputnik-ə şirkətdəki mənbədən daxil olan məlumata görə, seyfdə deyiləndən artıq pul olub. Hadisə axşam saatlarında baş verib. Oğrular otağa seyfdən pulu götürmək üçün xüsusi alətlərlə giriblər. Onlar seyfdən pulu seyfin arxa hissəsini xüsusi qurğu ilə deşərək götürüblər.

Faktla bağlı araşdırma aparılsa da hələ ki, nəticə yoxdur. Hadisədən sonra şirkətdə çalışan işilər dindirilib və onların barmaq izləri götürülüb. Dindirmə zamanı şirkətdə çalışan hər hansı şəxs şübhəli qismində saxlanmayıb. Bu isə onu deməyə əsas verir ki, oğurluğu şirkətdə çalışmayan şəxslər tərəfindən törədildiyi ehtimal olunur.  Hüquq-mühafizə orqanları axtarışı davam etdirir.

Mənbə onu da bildirdi ki, hadisə zamanı istehsalat bazasının rəisi Ə. Göyüşov və «Körpü-Bina-Tikinti» MMC-nin rəhbəri Xəlil Göyüşov Azərbaycanda olmayıblar. Onlar hadisə baş verən Türkiyədə istirahət ediblər. Hadisədən sonra da  X. Göyüşov məzuniyyətini  yarımçıq qoyub geri dönməyib.

Teqlər:
oğurluq əməlliyatı, oğurluq, Körpü-Bina-Tikinti MMC, Əflatun Göyüşov

Əsas mövzular