04:05 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
HADİSƏ

İstanbulda polis mərkəzinə hücum edilib

HADİSƏ
Qısa URL
15610

Avqustun 10-da İstanbulun Sultanbəyli payonundakı Fatih Polis Mərkəzinə təşkil edilən hücumda 5 polis məmuru və 2 mülki vətəndaş yaralanıb.

BAKI, 10 avq — Sputnik. Avqustun 10-da İstanbulun Sultanbəyli payonundakı Fatih Polis Mərkəzinə təşkil edilən hücumda 5 polis məmuru və 2 mülki vətəndaş yaralanıb.

Sultanbəylinin Neft Yolu küçəsindəki 3 mərtəbəli polis mərkəzi bomba ilə partladılıb. Binanın yaxınlığındakı bəzi ev, iş yeri və digər tikililər zədələnib.

Partlayışdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və səhiyyə briqadası cəlb edilib. Yaralılar Sultanbəyli Dövlət Xəstəxanasına aparılıb. Binalardan birində baş verən yanğın söndürülüb.

Aralarında xüsusi təyinatlı işçilərin də olduğu çox sayda polis dəstəsi məntəqə ətrafında təhlükəsizlik tədbirləri görülür. Terror hücumunu törədənlərin yaxalanması üçün əməliyyata başlanılıb.

Teqlər:
bomba partlaması, bomba partlayışı, polis mərkəzinə hücum, İstanbulda polis mərkəzinə hücum, Fatih Polis Mərkəzi, İstanbul, Türkiyə

Əsas mövzular