16:07 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Bıçaq

Bakıda taksi sürücüsü avtomobilində qətlə yetirilib

CC0 / RonaldPlett / knife
HADİSƏ
Qısa URL
19 0 0

Hadisə avqustun 2-də Badamdar qəsəbəsi “Bəyoğlu” restoranının qarşısında qeydə alınıb.

BAKI, 5 avq — Sputnik. Bakıda qətl törədilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 2-də Badamdar qəsəbəsi “Bəyoğlu” restoranının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Həmid Paşayevin meyiti taksi kimi istifadə etdiyi “Nissan” markalı avtomobilində tapılıb. Meyitin müayinəsi zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
Bakıda qətl, Səbail Rayon Polis İdarəsi, Həmid Paşayev, Bakı, Azərbaycan

Əsas mövzular