02:20 18 Oktyabr 2017
Canlı yayım
Basabas

Havayı paltar almaq istəyən 23 nəfər həlak oldu

vesti.ru
HADİSƏ
Qısa URL
1401

Banqladeşin şimalındakı Mimensinqx şəhərində pulsuz paltar paylanılarkən yaranmış basabas vaxtı ən azı 23 adam ölüb.

BAKI, 10 iyul — Sputnik. Banqladeşin şimalındakı Mimensinqx şəhərində pulsuz paltar paylanılarkən yaranmış basabas vaxtı ən azı 23 adam ölüb.

Bu barədə BBC məlumat yayıb.

Günün erkən çağlarında baş verən hadisədə 50-dan artıq adam xəsarət alıb. İnsident yerli tikiş fabrikinin pulsuz paltar paylamaq qərarından sonra baş verib.

Məlumata əsasən, elandan sonra fabrikin ensiz qapısında toplaşan kütlə arasında ölüm hallarına səbəb olmuş basabas yaranıb.

Hazırda hadisə ilə bağlı istintaq aparılır. Polis müəssisə rəhbəri də daxil olmaqla 7 nəfərin həbs edildiyini bildirir.

AFP agentliyinə danışan polis rəisi ölənlərin çoxunun qadın olduğunu bildirib.

Ehtiyat edilir ki, ölənlərin sayı arta bilər.

Zəngin banqladeşlilər ənənəvi olaraq Ramazan ayının sonunda pulsuz paltar paylayırlar.


Əsas mövzular