13:41 23 Oktyabr 2017
Canlı yayım
Cavad Zərif və Federika Mogerini

İranın nüvə danışıqlarında dava düşdü, Lavrov araya girdi

lfpress.com
HADİSƏ
Qısa URL
901

Avropalı diplomatın sözünə Cavad Zərif yüksək tonla sərt reaksiya göstərib: “Heç vaxt bir iranlını təhdid etmə”.

BAKI, 10 iyul – Sputnik. Avstriyanın paytaxtı Vyanada davam edən və bütün dünyanın diqqətlə izlədiyi İran-Qərb nüvə danışıqlarında dava düşüb.

Yekun mətn üzərində tərəflərin hələ də razılığa gələ bilməməsi, konfransın gedişinə də təsir edib. 

Avropa Birliyi Xarici Əlaqələr yüksək təmsilçisi Federika Mogerini İranın xarici işlər naziri Cavad Zərifə yönəlik sərt ifadələr işlədib.

“Danışıqlarınız və inadçı tərziniz göstərir ki, biz sizə görə vaxtımızı boş yerə sərf edirik”, deyə Mogerini bildirib.

Avropalı diplomatın bu sözünə, Cavad Zərif yüksək tonla sərt reaksiya göstərib: “Heç vaxt bir iranlını təhdid etmə”.

Məhz bu andan etibarən gərginlik daha da artıb. Mübahisənin daha da böyüməməsi üçün Rusiya xarici işlər naziri Sergey Lavrov araya girib. Hətta Lavrov vəziyyətin yumşalması üçün üzünü Federiko Moqeriniyə tutaraq “heç vaxt bir rusu da təhdid etmə” deyib. 

Qeyd edək ki, İran tərəfi danışıqların müsbət nəticələnməsi üçün ölkəyə tətbiq olunan sanksiyaların birdəfəlik ləğvində israrlıdır. Qərb isə bunun mərhələli olacağını deyir.

Əsas mövzular