23:36 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Manisa qəzası

Türkiyədə ağır qəza: 15 ölü

© Photo: Hurseda
HADİSƏ
Qısa URL
1302

Bu gün səhər yerli vaxtla saat 05.30-da Manisanın Gölmarmara bölgəsinin Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub.

BAKI, 6 iyul — Sputnik. Türkiyənin Manisa vilayəti ərazisində dəhşətli yol qəzası baş verib.

Sputnik-in “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər yerli vaxtla saat 05.30-da (Bakı vaxtı ilə 08.30) Manisanın Gölmarmara bölgəsinin Hacivəlilər kəndi yaxınlığında kənd təsərrüfatı işçilərini daşıyan və yük yeri açıq olan yük avtomobili TIR-la toqquşub. Nəticədə 15 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti qadınlardır.

Hadisə yerinə təcili yardım və cənazə daşıyan maşınlar göndərilib. Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular