BAKI, 30 iyun — Sputnik. İŞİD terror qruplaşmasının silahlıları Suriyada iki qadının başını kəsiblər.
Bu barədə Suriya İnsan haqları müşahidə şurasından məlumat verilib.
Qadınlar ölkənin şimal-şərqindəki Deyr-əz-Zor şəhərində edam ediliblər.
Qadınlarla birgə onların ərləri edam ediliblər.
Məlumata əsasən, qadınlar cadugərlikdə günahlandırılıblar.
Qərb mediasının məlumatına görə, İŞİD-çilər Suriyada qadınları ilk dəfədir edam edirlər.