09:44 29 May 2017
Canlı yayım
İsrail Qəzzaya yük daşıyan gəmiyə müdaxilə etdi

İsrail Qəzzaya humanitar yardım aparan İsveç gəmilərinə müdaxilə etdi

shiptogaza.se
HADİSƏ
Qısa URL
2701

Üzərində İsveçin bayrağı olan "Marianne ov Goteborg" adlı gəmi isə İsrailin təhdidlərinə baxmayaraq yoluna davam edir.

BAKI, 29 iyun – Sputnik. İsrail ordusu Fələstinin Qəzza bölgəsinə humanitar yardım daşıyan gəmilərə beynəlxalq sularda müdaxilə edib.

2010-cu il Mavi Marmara basqınından fərqli olaraq ordu bu dəfə gücdən istifadə etməyib. Dəniz qüvvələrinin müdaxiləsindən sonra 3 gəmi geri qayıdıb. Üzərində İsveçin bayrağı olan "Marianne ov Goteborg" adlı gəmi isə İsrailin təhdidlərinə baxmayaraq yoluna davam edir.

Təl-Əviv hökuməti isə aktivistləri dayandırmaqda qətiyyətli görünür. İsrail baş nazirliyindən yayılan bəyanatda, gəmilərin Qəzzaya olan embarqonu aradan qaldırmasına imkan verilməyəcəyi bildirib.

İsrail ordusu, 2010-cu il mayın 31-də Qəzzaya humanitar yardım daşıyan, Türkiyəyə məxsus Mavi Marmara gəmisinə beynəlxalq sularda basqın təşkil etmiş, hadisədə doqquz türk vətəndaşı öldürülmüşdü.

Əsas mövzular