16:28 25 Aprel 2017
Canlı yayım
Hindistan prezidenti və İsveç kral ailəsi

Hindistan prezidenti İsveç kralının ailə üzvləri qəzaya düşüblər

therealmyroyals.com
HADİSƏ
Qısa URL
1101

Hadisə bu gün axşam saatlarında İsveçin Uppsala şəhəri yaxınlığında baş verib.

BAKI, 2 iyun — Sputnik. Hindistan prezidenti Pranab Mukerci və İsveç kralının ailə üzvləri yol-nəqliyyat qəzasına uğrayıblar.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsveçin Uppsala şəhəri yaxınlığında baş verib. Hindistan prezidentinin kortejin tərkibində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.  

Yerli polisin məlumatına görə, qəza nəticəsində Hindistan prezidenti, həmçinin kortejdəki avtomobillərin birində olan İsveç kralının ailə üzvləri – şahzadə Viktoriya və onun həyat yoldaşı Daniyel qəza nəticəsində xəsarət almayıblar.

Xəsarət alan şəxslərin kimliyi açıqlanmır. 

 

Əsas mövzular