BAKI, 2 iyun — Sputnik. Bakıda zərgərlik sexində yanğın olub.
Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyindən verilib.
FHN-dən verilən məlumatda qeyd olunur ki, bu gün səhər saatlarında Bakı şəhəri, Səbail rayonunda vətandaşa məxsus ümumi sahəsi 4 kv.m olan zərgər köşkündə 2 kv.m sahədə əşyalar yanmış və yüksək temperaturdan 2 kv.m sahədə lambir əriyib.
Yanğınsöndürənlər köşkün qalan hissəsi və bitişik tikililərə keçməsinin qarşısını alıblar.
Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.