08:23 14 Dekabr 2017
Canlı yayım
Hindistanda istilər asfaltı əridir

Hindistanda isti hava qurbanlarının sayı 1700 nəfəri keçib

timeinpix.com
HADİSƏ
Qısa URL
1901

Qeyri-adi isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb – 1300 nəfər.

BAKI, 29 may — Sputnik. Hindistanda bir həftədir davam edən anomal isti hava nəticəsində ölənlərin sayı 1700 nəfəri keçib.

Qeyri-adi isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında  qeydə alınıb –1300 nəfər.

Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47  dərəcə isti qeydə alınıb.    

Andxra Pradeş ştatının rəhbərliyi səyyar yardım məntəqələrinin yaradıldığını elan edib. Bu məntəqələrdə sakinlər içməli su və süd ilə təmin olunurlar.  

Qərbi Benqaliya, Bihar, Odişa və paytaxt Dehlidə də onlarla insan isti havanın qurbanı olub.  

Sinoptiklər isti havanın həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar.  

Əsas mövzular