17:18 14 Dekabr 2017
Canlı yayım
жара

İstilər davam edəcək

ru.tsn.ua
HADİSƏ
Qısa URL
501

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 26 may — Sputnik. Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 25-30° arasında dəyişəcək.

O bildirib ki, bölgələrdə də əksər yerlərdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam saatlarında dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu günorta saatlarında 27-32° isti təşkil edəcək.

Əlaqədar

Hindistanda istilər artıq 800 insanın həyatına son qoydu
Torpaqlardan təyinatı üzrə istifadə etməyənləri 8 ilədək cəza gözləyir
Hindistanda 500 insan istidən həlak oldu

Əsas mövzular