11:20 22 Noyabr 2017
Canlı yayım
Hövsan yanğın

FHN Hövsanda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

apa.az
HADİSƏ
Qısa URL
2902

Mayın 26-da Bakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli binada 3 ailəyə məxsus fərdi yaşayış evində yanğın baş verib.

BAKI, 26 may — Sputnik. Fövqəladə Hallar Nazirliyi Bakıda ölümlə nəticələnən yanğın hadisəsi barədə məlumat yayıb. 

Sputnik FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, mayın 26-da  Bakı şəhəri, Suraxanı rayonunda bir-birinə bitişik, ümumi sahəsi 129 kv.m olan birmərtəbəli binada 3 ailəyə məxsus fərdi yaşayış evində yanğın baş verib. 

Hadisə zamanı 1-ci ailəyə məxsus 1 otağın yanar konstruksiyaları 21 kv.m sahədə, 2-ci ailəyə məxsus 2 otağın yanar konstruksiyaları 42 kv.m sahədə, 3-cü ailəyə məxsus ümumi sahəsi 66 kv.m olan 2 otağın lambirdən ibarət tavanı və dam örtüyü 42 kv.m sahədə yanğın olub. 

Yanğın nəticəsində  ev sahibi 1948-ci il təvəllüdlü Həlimova Tamella Yusif qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunanub.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Əlaqədar

Hövsanda avtomobil qəzası
Bakıda yaşayış evində baş verən yanğında bir nəfər ölüb
FHN: Ötən gecə üç yanğın hadisəsi qeydə alınıb
Deputat: Yanğınla bağlı daha yüksək vəzifəli məmurlar həbs olunmalıdır

Əsas mövzular