17:06 14 Dekabr 2017
Canlı yayım
Hövsan yanğın

Bakıda yaşayış evində baş verən yanğında bir nəfər ölüb

apa.az
HADİSƏ
Qısa URL
4203

Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qeydə alınıb.

BAKI, 26 may — Sputnik. Azərbaycan paytaxtında yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğın kəşfiyyatı zamanı ev sahibəsi, 1948-ci il təvəllüdlü Səlimova Tamilla Miryusif qızının yanmış meyiti aşkar edilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanıb. 

  • Hövsan yanğın
    Hövsan yanğın
    apa.az
  • Hövsan yanğın
    Hövsan yanğın
    apa.az
  • Hövsan yanğın
    Hövsan yanğın
    apa.az
1 / 3
apa.az
Hövsan yanğın

Əsas mövzular