17:01 14 Dekabr 2017
Canlı yayım
FHN yanğınsöndürən

FHN: Ötən gecə üç yanğın hadisəsi qeydə alınıb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
601

Hadisələrdən biri Hacıqabul şəhərində vətandaşa məxsus evdə qeydə alınıb.

BAKI, 26 may — Sputnik. Ötən gecə ölkə ərazisində üç yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilib.

FHN-də verilən məlumatda bildirlir ki, hadisələrdən biri Hacıqabul şəhərində vətəndaşa məxsus evdə qeydə alınıb. Yanğın ümumi sahəsi 186 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 32 kv.m dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Bakı şəhəri, Qaradağ rayonunda  qeydə alınıb. Tikintisi başa çatmayan ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində döşəmə və taxta materiallar 25 kv.m sahədə, 2-ci mərtəbəsində döşəmə və taxta materiallar 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda 500 kv.m sahədə mazut qarışıqlı məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər və mazut gölməçəsi yanğından mühafizə olunub. Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:
dam örtüyü, taxta materiallar, döşəmə, tikililər, mazut gölməçəsi, yanğınsöndürənlər, ev, Yanğın, Fövqəladə Hallar Nazirliyi, Sabunçu rayonu, Hacıqabul şəhəri, Qaradağ rayonu, Bakı

Əsas mövzular