19:31 26 İyun 2017
Canlı yayım
dolu

Güclü dolu Tovuz rayonuna ciddi ziyan vurub

mediakuzbass.ru
HADİSƏ
Qısa URL
2701

Ötən gecə Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb.

BAKI, 26 may — Sputnik. Güclü dolu Tovuz rayon təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə Sputnik-ə Tovuz icra hakimiyətindən məlumat verilrib.

Ötən gecə Tovuz rayonunun bir neçə kəndinə güclü dolu yağıb. Dağ kəndlərinə düşən dolu ciddi fəsadlara yol açıb. Ziyan əsasən Böyük Qışlaq, Catax, Qandallar, Həsənli, Kazımlı kəndlərinə dəyib.  Yağan dolu bağ və əkin sahələrinə ziyan vurub.  Dolu elə güclü olub ki, hətta evlərin dam örtükləri sıradan çıxıb.

Doludan sonra güclü küləklə müşahidə olunan yağış selə səbəb olub ki, bu da  kənd yollarında olan körpülərin sıradan çıxmasına səbə olub.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları fəlakət olan kəndlərdə ziyanın aradan qaldırılması istiqamətində iş aparırlar, dəymiş ziyan müəyyənləşdirilir.


Əsas mövzular