14:08 28 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
narkotik

Bir bağlamada 7 kiloqram narkotik maddə aşkarlanıb

man161.ru
HADİSƏ
Qısa URL
1402

Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini davam etdirir.

BAKI, 25 may — Sputnik. Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada keçirilən rejim tədbirləri nəticəsində bir bağlamada külli miqdarda — 7 kiloqram 45 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
bağlama, heroin, metofetamin, həşiş, narkotik, Rejim tədbirləri, Dövlət Sərhəd Xidməti, Qapıçıməhəllə kəndi, Astara

Əsas mövzular