11:51 14 Dekabr 2017
Canlı yayım
Aleksey Mozqovoy

Ukraynada separatçıların liderlərindən biri öldürüldü

upogau.org
HADİSƏ
Qısa URL
802

Ukraynanın şərqində separatçıların liderlərindən biri Aleksey Mozqovoya qarşı sui-qəsd təşkil olunub.

BAKI, 25 may — Sputnik. Ukraynanın şərqində separatçıların liderlərindən biri Aleksey Mozqovoya qarşı sui-qəsd təşkil olunub.

Avtomobilinə yerləşdirilən bombanın işə salınması nəticəsində Mozqovoy dünyasını dəyişib.

Rusiya mətbuatı sui-qəsdin təşkilində Kiyev hökumətinin əli olduğunu yazıb.

Hadisədə Mozqovoydan başqa 6 nəfər separatçı da həyatını itirib.

Bu arada, Rusiya tərəfdarı separatçıların Ukrayna ordusunun nəzarətində olan Avdeyevka şəhərindəki fabrikə hücum etdikləri bildirilib. Nəticədə 1 əsgər ölüb, 2 nəfər yaralanıb.

Bu ilin fevral ayında əldə olunan atəşkəsə rəğmən bölgədə silah səsləri eşidilməyə davam edir. 

 

Əsas mövzular