08:24 14 Dekabr 2017
Canlı yayım
silahlı soyğun

Ukrayna səfiri Liviyada qarət olundu

112.ua
HADİSƏ
Qısa URL
2101

Liviyada Ukrayna səfiri və konsulu silahlı dəstənin hücumuna məruz qalıb.

BAKI, 25 may — Sputnik. Liviyada Ukrayna səfiri və konsulu silahlı dəstənin hücumuna məruz qalıb. 

Onlar paytaxt Tripolidən Ras-Əqadir qəsəbəsinə gedərkən qarət olunublar.

Hazırda Tripoliyə nəzarət edən "Liviya şəfəqi" silahlı qruplaşması nümayəndələrinin məlumatına görə, Ukrayna səfirinin kortejinə Əl-Maya rayonunda hücum edilib. Səfir ilə yanaşı Ukraynanın bu ölkədəki konsulu da kortejdə olub. Diplomatların avtomobilləri, mobil telefonları, səfirlik və konsulluğa məxsus möhürlər əllərindən alınıb, özləri isə sərbəst buraxılıblar. Səfir və konsulun insidentdən sonra hansı istiqamətdə getdiyi məlum deyil.

Bu arada, Liviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr müvafiq icazəsi olmadan ölkənin ərazi sularına daxil olan neft tankerinə havadan zərbələr endirib. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

"Təyyarələrimiz Sirt şəhəri yaxınlığında naməlum gəmiyə xəbərdarlıq edib, lakin onlar buna məhəl qoymayıblar", deyə hakimiyyət rəsmisi Saqr əl-Ceruşi bildirib.
Qeyd edək ki, tankerin göyərtəsində 25 min ton neft olub.

 

Əsas mövzular