19:03 24 Noyabr 2017
Canlı yayım
yağış

Yağış yağacaq

CC0 / Lernestorod / rain
HADİSƏ
Qısa URL
311

Mayın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

BAKI, 23 may — Sputnik. Mayın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki,səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Teqlər:
proqnoz, isti, şimşək, külək, yağmur, hava, yağış, Yağış, Bakı, Azərbaycan

Əsas mövzular