16:15 15 Dekabr 2017
Canlı yayım
canavar

Canavarlar Şəkiyə hücum etdilər

votrube.ru
HADİSƏ
Qısa URL
88 0 0

Canavarlar şəxsi təsərrüfatlara hücum edərək 60-dan çox xırdabuynuzlu heyvanı məhv ediblər.

BAKI, 23 may — Sputnik. Ötən gecə Şəkinin Qudula kəndində canavarlar Fikrət Məmmədov, Əlövsət Süleymanov, Fikrət İbrahimov və Nemət Əliyevə məxsus şəxsi təsərrüfatlara hücum edərək 60-dan çox xırdabuynuzlu heyvanı məhv ediblər.

APA müxbirinin olay yerindən verdiyi xəbərə görə, Şəki Rayon İcra Hakimiyyəti başçısının Qudula kəndi üzrə nümayəndəsi Rəşad Cumayev hazırda təsərrüfatlara dəymiş ziyanı dəqiqləşdirdiklərini deyib.

R. Cumayevin sözlərinə görə, hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib: “Hazırda idarənin əməkdaşları əraziyə cəlb olunub. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş heyvanlar təlimata uyğun məhv ediləcək.”

Əsas mövzular