17:20 14 Dekabr 2017
Canlı yayım
bankomatda pulu oğurlanan qadınbankomatda qadının pulunu oğurlayan əclaf

Əlil qadın Beynəlxalq bankın qabağında soyuldu

sputnik.azsputnik.az
1 / 2
HADİSƏ
Qısa URL
10910

Dələduz gözdən əlil Əliyeva Kinəbacını soymağa cəhd edib.

BAKI, 21 may — Sputnik. Bu gün səhər saatlarında Beynəlxalq Bankın Nizami filialının bankomatı qarşısında oğurluq faktı aşkarlanıb. Sputnik-in müxbiri hadisənin canlı şahidi olub.

Belə ki, gözdən əlil Əliyeva Kinəbacı Sadıq qızı yanındakı adamlardan pensiya kartından pul çıxarmağa yardım göstərmələrini istəyib. Bu vaxt bir-biriylə tanış olan iki kişidən biri qadının kartını götürüb, digəri isə kodu soruşub. Şübhələnən qadın kodu özü yığıb və deyib ki, mənim üçün 500 manat çıxarın. Bu vaxt kişilərdən biri uzaqlaşıb. Digəri isə bankomatdan çıxanpulları götürüb qadına 50 manat verərək qalan pullarla birlikdə qaçmağa başlayıb. Qadın qışqırıb və yaxınlıqdakı adamlar köməyə yetişiblər. Oğrunu tutmağa cəhd etdikləri vaxt, o, pulları yaxınlıqdakı zibil qutusuna ataraq qaçmağa çalışıb. Amma bu cəhd uğursuz olub. Adamlar oğrunu tutaraq polis gələnə qədər saxlayıblar. Zibil qutusundansa 450 manat tapılıb. Hadisə yerinə çevik polis alayının nümayəndələri, ardından da Nizami rayon polis idarəsinin əməkaşları gəliblər. Saxlanılan şəxsi və zərərçəkmiş qadını ifadələrini almaq üçün polis idarəsinə aparıblar.

Hadisə yerində olan müxbirimiz həm zərərçəkmiş, həm saxlanılan şəxsdən olayın təfərrüatları barədə soruşub.

K.Əliyeva deyib: "Bir neçə ay idi ki, pulları kartdan çıxarmırdım. Deyirdim üst-üstə yığılsın, həkimə gedim. Bu səhər tezdən pulları çıxarıb həkimə getmək istəyirdim. Çünki son vaxtlar şəkərdən və gözümdə ağrıların çoxalmasından əziyyət çəkirdim. Evdə məndən başqa heç kəs yoxdur. Ona görə də həmişə olduğu kimi bu dəfə də bankomatın yaxınlığındakı adamlardan pulu çıxarmağa yardım istədim. Başıma isə bu hadisə gəldi. Ola bilsin, mən 500 demişəm, oğru gözümün görməməsindən istifadə edib, pulların hamısını çıxarıb."
K.Əliyevanın dediyinə görə, pensiya kartında min manatdan artıq pul olub.

K.Əliyevanın pullarını götürüb qaçan Rauf Hacıyevsə müxbirimizə deyib ki, heç yerdə işləmir, təzəlikcə yaxınlıqdakı avtoyuyucuda işləmək niyyətindəymiş. Bu hadisəni isə içkili olduğu üçün törədib.

Polisin və saxnanılan şəxsi tanıyanların verdiyi məlumata görə, R.Hacıyev əvvəllər 4 dəfə oğurluq üstündə həbs olunub. Narkotik və alkoqol aludəçisi olan bu adam səfil həyatı yaşayır.

Əsas mövzular