19:01 24 Noyabr 2017
Canlı yayım
HADİSƏ

Yaponiyada günvurma nəticəsində iki nəfər həlak olub

HADİSƏ
Qısa URL
410

Yaponiyada mayın 11-dən 17-dək günvurma nəticəsində 500-ə yaxın insan xəstəxanaya yerləşdirilib, iki nəfər isə həlak olub

BAKI, 19 may — Sputnik. Yaponiyada mayın 11-dən 17-dək günvurma nəticəsində 500-ə yaxın insan xəstəxanaya yerləşdirilib, iki nəfər isə həlak olub.

Bu barədə mayın 19-da Yaponiyanın Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Ötən həftə ölkənin bir çox rayonlarında havanın hərarəti 30 dərəcəni keçib. Hazırda paytaxt Tokio da daxil olmaqla regionlarda yağışlı hava müşahidə edilir. Havanın temperaturu müsbət 20 dərəcədir.

Ötən il günvurma nəticəsində xəstəxanalara yerləşdirilənlərin sayı 53 min, ölənlərin sayı isə 300 nəfər olmuşdu.

Milli Meteorologiya və Baş Yanğısöndürmə idarələri əhaliyə isti günlərdə günün altında çox qalmamağı, özləri ilə baş geyimi götürməyi və maye qəbul etməyi tövsiyə edirlər.

Əsas mövzular