CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidМедсестра устанавливает капельницу, фото из архива
Медсестра устанавливает капельницу, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2021
Abunə olmaq
Fariz Babayev Avropa Nefroloqlar və Dializ Assosiasiyasının, MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin və Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür.
BAKI, 19 sentyabr — Sputnik. Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsinin direktoru təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrin icrası ilə bağlı digər məsələlərin həlli "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsinə tapşırılıb.
Məlumat üçün bildirək ki, Fariz Babayev Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018-ci ildə "Tərəqqi Medalı" ilə təltif edilib.
Xəbər lenti
0