21:28 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
16 0 0

Nadir Azər oğlu Zeynalov 1976-cı ildə Bakıda anadan olub. O, daha öncə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.

BAKI, 6 sentyabr — Sputnik. Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov vəzifəsindən azad olunub.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, o, öz ərizəsi ilə işindən ayrılıb.

Nazirlikdən bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 1976-cı ildə Bakıda anadan olub. O, daha öncə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Nadir Zeynalov 2019-cu ilin 28 fevralında Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi.

Əsas mövzular