Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əhalinin 70-80 faizi peyvənd vurdursa, növbəti dalğa olmayacaq

© AFP 2023 / MAURO PIMENTELВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov vaksinasiyadan danışıb.
BAKI, 1 sentyabr — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti dalğasının indikindən daha güclü və ya zəif olacağı ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Vətəndaşlar COVID-19 virusu əleyhinə vaksinasiya prosesində aktiv iştirak etsələr və əhalinin 70-80 faizinin peyvəndləməsi başa çatarsa, virusun növbəti dalğası olmayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov mətbuata açıqlamasında deyib.
Professor bildirib ki, məhdudiyyətlərin tətbiq olunması, yəni bu gündən etibarən kütləvi toplaşma olan yerlərə vətəndaşların yalnız COVID pasportu ilə buraxılması koronavirusa yoluxma sayını azaltmağa hesablanıb: "Koronavirus əleyhinə vaksin vurduranlar xəstəliyi daha yüngül keçirirlər və bu vəziyyəti stabil saxlamağa kömək edir. Ona görə də peyvəndlənməyənlərin bir sıra məkanlara girişi mümkün olmayacaq".
A.Qurbanov, həmçinin vaksinasiyanın əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, vətəndaşlar məsələyə kifayət qədər ciddi yanaşmalı və vaksinasiyada iştirak etməlidirlər. Yoluxma sayı sürətlə artır. Əhalinin 70-80 faizinin peyvənd vurdurmasına nail olmalıyıq, çünki bu, infeksiyaya qarşı kütləvi immunitetin yaranması deməkdir. Həm özümüzü, həm də ətrafımızdakıları qorumaq üçün mütləq vaksinasiyadan keçməliyik.
Lakin bir şeyi də unutmaq olmaz ki, peyvənd bizi COVID-19-a yoluxmaqdan yox, xəstəliyi ağır keçirməkdən qoruyur. Peyvənd vurdurmaqdan qorxmaq lazım deyil. Azərbaycanda, eləcə də dünya ölkələrində milyonlarla şəxs peyvənd vurdurub və indiyədək onların arasında fəsadlaşma halı qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 805 min 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 113 min 716, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 692 min 24 nəfər təşkil edir.
Eləcə də oxuyun:
  • Koronavirusun yeni "lyambda" ştammı artıq otuzdan çox ölkədə aşkarlanıb
Müasir texnologiyalar koronavirus yaratmağa imkan verir: alim COVID-in mənşəyi haqda
COVID-19-dan sağalan vaksin vurdurmalıdırmı?
ÜST-dən SOS: "Delta" ştammı uşaqlar üçün daha təhlükəlidir!
İlk dəfə açıqlandı: "Pfizer", "Sinovac"dan 10 dəfə daha artıq anticisim yaradır
Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə
Azərbaycanda qeydə alınan "Delta" ştammının təhlükəsi - TƏBİB rəsmisi açıqladı
Xəbər lenti
0