CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstəxananın israfçı baş direktoruna cinayət işi açıldı

© AFP 2023 / MARTIN BUREAUВрач, фото из архива
Врач, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BAKI, 26 avqust — Sputnik. "Hacıqabul rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq işə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.
Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.
Qeyd edək ki, bir müddət öncə "Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb, cinayət işi açılıb.
Eləcə də oxuyun:
Saxta COVID-19 pasportu verənlər aşkarlanıb
Sabiq icra başçısının cinayət işində zərərçəkmişlər məlum olub
Xəstəxana direktorunun qanunsuz əməllərinə görə cinayət işi açıldı
Xəbər lenti
0