Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Pfizer" şirkəti yeni ştammlara qarşı peyvəndi hansı müddətə yarada biləcəyini izah edib

© AFP 2023 / FRED TANNEAUШприцы, наполненные вакциной Pfizer / BioNtech, фото из архива
Шприцы, наполненные вакциной Pfizer / BioNtech, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Pfizer şirkətindən bildirilib ki, dünyada hər dəfə koronavirusun yeni bir mutasiyası aşkar olunanda onların alimləri bu variantın mövcud peyvəndin yaratdığı müdafiəni qırıb-qırmadığını öyrənirlər.
BAKI, 25 avqust — Sputnik. Şirkətin baş direktoru Albert Burla "Fox News"a bildirib ki, "Pfizer" üç ay ərzində koronavirus ştammına qarşı şirkətin mövcud vaksinindən daha güclü bir bir peyvənd yarada biləcək, ancaq hazırda belə bir COVID-19 növü aşkar edilməyib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Dünyada hər dəfə koronavirusun yeni bir mutasiyası aşkar olunanda alimlərimiz bu variantın bizim peyvəndin yaratdığı müdafiəni qırıb-qırmadığını öyrənirlər. Hal-hazırda belə bir şey (ştamm) aşkar edilməyib. Ancaq hesab edirik ki, yəqin ki, bir gün belə bir şey ortaya çıxacaq", - deyə Burla bildirib.
"Biz prosesi qurduq - narahatlığa səbəb olan ştammı aşkar etdiyimiz andan etibarən 95 gün ərzində ona qarşı xüsusi peyvənd yarada biləcəyik", - deyə o, əlavə edib.
Bu həftənin əvvəlində ABŞ-ın Qida və Dərman Məhsullarının Keyfiyyətinə Sanitariya Nəzarəti İdarəsi (FDA) "Pfizer" və "BioNTech" konsorsiumunun hazırladığı koronavirus peyvəndinin tətbiqini tam təsdiqləmək qərarına gəlib.
Eləcə də oxuyun:
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir
COVID-19: sutka ərzində ölkədə 23 nəfər bu xəstəlikdən dünyasını dəyişib
Azərbaycanda növbəti il üçün vaksin tədarükü görülür
Azərbaycanda uşaqlar vaksin olunacaqlarmı?
Vaksinə əks göstəriş sertifikatını kimlər, necə əldə edə bilər?
Xəbər lenti
0