01:39 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
25 0 0

Erkin Rəhimov: rutin peyvəndlərin vurulduğu poliklinikalar var. Orada tam steril şəkildə valideynlərin girişi təmin edilir.

BAKI, 25 avqust — Sputnik. Hazırda ölkəmizdə digər dünya ölkələrində olduğu kimi koronavirusa qarşı ciddi şəkildə peyvəndləmə aparılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib. Baş pediatr bildirib ki, digər peyvəndlərin vurulma faizində azalma müşahidə edilir:

“Valideynlər uşaqları poliklinikaya aparmağa qorxur. Valideynlərə müraciət edirəm ki, koronavirus uşaqlarda çox nadir şəkildə ağır keçir. Bu səbəbdən xahiş edirəm ki, valideynlər övladlarına digər peyvəndləri vurdursunlar. Uşağınızın sağlamlığı sizin əlinizdədir".

Pediatr onu da bildirir ki, rutin peyvəndlərin vurulduğu poliklinikalar var. Orada tam steril şəkildə valideynlərin girişi təmin edilir.

Həmçinin oxuyun:

Vaksinə əks göstəriş sertifikatını kimlər, necə əldə edə bilər?

Əsas mövzular