22:55 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
10 0 0

COVID-19-a yoluxub sağalmış şəxs 28 gün sonra qan verə bilər. Qan vermək immun sisteminə yaxşı təsir edir, yeni qan hüceyrələrinin yaranmasına səbəb olur.

BAKI, 19 avqust — Sputnik. 18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.

Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, bəzi hallarda 2-ci qan qrupundan 3-cü, 4-cü qan qrupuna donor kimi istifadə olunur:

"Yalnız mənfi 1 universal qan sayılır. Yəni, kritik halda, həmin qrupdan olan qan tapılmadıqda həmin qan köçürülə bilər. Lakin, əslində, bir qan qrupu heç vaxt digərini əvəz edə bilməz. Hər qan qrupu yalnız həmin qrupdan olan qanı əvəz edə bilər”.

Q.Ələkbərova COVID-19-a yoluxanların sağalandan 28 gün sora qan vermələrinin mümkün olduğunu da qeyd edib:

"Yeni növ koronavirus respirator infeksiyadır. Yəni, bu infeksiya qanla yox, tənəffüs yolu ilə yoluxur. COVID-19-a yoluxub sağalmış şəxs 28 gün sonra qan verə bilər. Qan vermək immun sisteminə yaxşı təsir edir, yeni qan hüceyrələrinin yaranmasına səbəb olur".

Qeyd edək ki, aşura günü ilə əlaqədar olaraq bu gün Azərbaycanda qanvermə aksiyası keçirilir.

Həmçinin oxuyun:

Teqlər:
donor

Əsas mövzular