CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlar arasında viruslar niyə geniş yayılır - Baş pediatrın münasibəti

© AFP 2023 / DELIL SOULEIMANДевочка в маске, фото из архива
Девочка в маске, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
“Zaman-zaman respirator viruslarda yayılır, bu da xışıltılı öskürəklə, qızdırma ilə müşahidə olunur. Amma bunun da epidemioloji olaraq çox geniş yayıldığını görmürəm. Dənizdə virus yayılmasına gəldikdə isə, uşaqlara daha çox dənizdə olan xəstə uşaqlardan virus keçir".
BAKI, 10 avqust — Sputnik. Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov son zamanlar uşaqlar arasında hərarət, mədə-bağırsaq pozulması, ağzın yara tökməsi kimi əlamətlərlə özünü bürzuə verən xəstəliyin yayılması və bunun dəniz vasitəsilə keçməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, Baş pediatr APA-ya açıqlamasında yay fəslinə aid bəzi virusların olduğunu, onlar daha sıx yayıldığını bildirib.
“Məsələn, rotavirus, adenovirus mədə-bağırsaq pozulmasına səbəb olan, qızdırma ilə olan viruslardır. Bir də koksakiviruslar var ki, bu da əlin, ayağın içində, ağızda yayılan, herpes qrupuna aid olan əl-ağız-ayaq virusu dediyimiz virusdur. Bu, may ayında başlayaraq sentyabra qədər sıx yayılır. Bu xəstəlikdə səpkilər, hərarət, iştahsızlıq olur, nadir hallarda boğaz ağrısı da ola bilər. Eyni zamanda, yayda suçiçəyi də geniş yayılır”, - deyə həkim bildirib.
E.Rəhimov deyib ki, hazırda epidemioloji olaraq ölkədə çox geniş yayılan bir virus yoxdur.
“Zaman-zaman respirator viruslarda yayılır, bu da xışıltılı öskürəklə, qızdırma ilə müşahidə olunur. Amma bunun da epidemioloji olaraq çox geniş yayıldığını görmürəm. Dənizdən virus yayıla bilər məsələsinə gəldikdə isə, uşaqlara daha çox uşaq dənizdə olan digər xəstə uşaqlardan virus keçir. Yəni uşaqlar bir-biri ilə ünsiyyətdə olduqca virus da yayılır. Rotavirus əslində su ilə yoluxa bilər, suyu udmaqla o virusu daxilə qəbul etmək olur. Amma tənəffüs yolları virusu su ilə yoluxmur, onlar hava-damcı yolu ilə yayılır”, - deyə Baş pediatr vurğulayıb.
Həmçinin oxuyun:
Azərbaycanda son sutka ərzində 1736 nəfər koronavirusa yoluxub, 12 nəfər həyatını itirib
Baş infeksionist: İndi koronavirusa yoluxanların böyük əksəriyyəti vaksin olunmayanlardır
Xəbər lenti
0