CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyə Nazirliyi ölkə əhalisinin peyvəndlənməsi barədə

© Sputnik / Murad OrujovВакцинация сотрудников отельной индустрии в Азербайджане
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Səhiyyə Nazirliyi bidlirib ki, yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunması mümkündür.
BAKI, 10 avqust - Sputnik. "Son aylarda Azərbaycanda vaksinasiya prosesi daha sürətli gedir".
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərərgah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatlar yayır:
"Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür".
Baş infeksionist qeyd edib ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir: "Yadda saxlamaq lazımdır ki, az saylı da olsa, peyvənd olunmağa həqiqi əksgöstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca həmin əhali qrupunu da qorumuş oluruq".
Qeyd edək ki, ötən gün Operativ Qərargahın verdiyi açıqlamaya görə, Azərbaycanda avqustun 9-dək vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir.
Həmçinin oxuyun:
Könüllü vaksinasiyanın məcburiyə çevrilməsi: Nazirlikdən absurd qərar
TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqələrinin sayı artırıldı
Xəbər lenti
0