08:43 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (743)
2177 0 0

Rusiyalı alim deyir ki, öncə virusun modifikasiyası üzrə tədqiqatlar Şimali Karolinadakı laboratoriyada aparılıb, sonra amerika ictimaiyyətinin təzyiqi ilə maliyyələşdirmə dayandırılıb və virusla eksperimentlər Uhandakı elmi mərkəzə köçürülüb.

BAKI, 17 iyun - Sputnik. Rusiyanın Engelhardt adına Molekulyar Biologiya İnstitutunun baş elmi işçisi Pyotr Çumakov koronavirusun laboratoriyadan sızması versiyası barədə şərh verib.

Sputnik Azərbaycan bildirir ki, o, "Radio 1"ə müsahibəsində SARS-CoV-2-ni insanların yaratması barədə şübhələrin hadisələrin inkişafı məntiqindən irəli gəldiyini söyləyib.

"Təbii mənşəli olması əslində daha fantastik görünür, çünki təbiətdə yarasalara yoluxan virusla insan populyasiyası arasında gəzən virusun aralıq formaları yoxdur. Bütün bunlar çox qəribədir və belə bir fikir yaradır ki, virusun mənşəyi sünidir", - Çumakov deyir.

O dəqiqləşdirib ki, müasir texnologiyalar koronavirus yaratmağa imkan verir. Belə təcrübələr haqda məqalələr ABŞ və Çində dərc olunub. Alim deyir ki, öncə onun modifikasiyası üzrə tədqiqatlar Şimali Karolinadakı laboratoriyada aparılıb, sonra amerika ictimaiyyətinin təzyiqi ilə maliyyələşdirmə dayandırılıb və virusla eksperimentlər Uhandakı elmi mərkəzə köçürülüb.

Çumakov qeyd edib ki, ittiham etməkdə tələsmək lazım deyil, sızmanın əsl günahkarını tapmaq gərəkdir.

"Ümumilikdə isə bəşəriyyət SARS-CoV-2-nin təbii, yoxsa süni mənşəyə malik olduğundan xəbərsizdir", - o yekunlaşdırıb.

Süniliyə dair dəlillər

Koronavirusu insanların yaratması barədə nəzəriyyəni son aylarda Qərbdə daha çox səsləndirirlər. Berklidəki Kaliforniya Universitetinin fizika professoru Riçard Müller və doktor Stiven Kuey bildirmişdilər ki, SARS-CoV-2-də təbii mənşəli viruslarda olmayan CGG-CGG genom ardıcıllığı aşkar ediblər. Alimlər bu kombinasiyadan virusun yoluxuculuğunu və ölümcüllüyünü artırmaq üçün istifadə edirlər.

Britaniyalı professor Anqus Dalqliş və norveçli virusoloq Birger Sorensen isə koronavirusda onu daha təhlükəli edən yeni "tikan" aşkarlayıblar. Virusun laboratoriya modifikasiyası olduğunu isə həmin "tikandakı" 4 amin turşusu sırası təsdiq edir. Alimlər deyirlər ki, belə ardıcıllığın təbiətdə olması son dərəcə mümkünsüzdür.

Siyasi oyun?

Çində ABŞ-ın koronavirusun mənşəyini araşdırmaq niyyətini siyasi oyun və günahı başqalarının boynuna atmaq cəhdi kimi qiymətləndirirlər. Pekin dəfələrlə vurğulayıb ki, COVID-19 mövzusunda açıq mövqedən çıxış edir: ölkə rəhbərliyi pandemiyanın əvvəlindən araşdırma apararaq patogeni müəyyən edib və bütün əsas məlumatlar dərc edib.

Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

Eləcə də oxuyun:

Mövzu:
Yeni tip koronavirus pandemiyası (743)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, laboratoriya, süni

Əsas mövzular