CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın Azərbaycanla ortaq şirkəti ölkəmizdə şəkər dərmanlarını qablaşdıracaq

© AP Photo / Sue OgrockiТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə preparatının ildə təxminən 1 mln. qutu həcmində istehsalı həyata keçiriləcək.

BAKI, 15 iyul — Sputnik. Pirallahı Sənaye Parkının rezidenti "R-Pharm" MMC ilə Fransanın beynəlxalq müstəqil əczaçılıq qrupu olan "Servier" şirkəti arasında Azərbaycanda dərman preparatlarının istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sazişə əsasən, tərəflər "R-Pharm" MMC-nin istehsal müəssisəsində şəkərli diabetin fəsadlarının profilaktikası üçün "Diabeton®" (qliklazid) preparatının Azərbaycanda qablaşdırılmasını və satışını həyata keçirəcək. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə ildə qeyd edilən dərman preparatının təxminən 1 mln. qutu həcmində istehsalı həyata keçiriləcək. Qeyd edək ki, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC 2018-ci ilin sentyabr ayından Pirallahı Sənaye Parkının rezidentidir.

Qeyd edək ki, 2019-cu ildə Pirallahı Sənaye Parkında ikinci dərman zavodu olan "R-Pharm" MMC istifadəyə verilib. Bu dərman istehsalı müəssisəsi Rusiyanın "R-Pharm" şirkətlər qrupunun Azərbaycanın "AzPharm" şirkəti ilə ortaq kompleksidir. Onu da xatırladaq ki, 2016-cı ildə "Hayat Farm" MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilmişdi. "Hayat Farm" MMC 15 dekabr 2015-ci il tarixində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Vita-A" MMC və Rusiya Federasiyasının "R-Pharm" şirkətinə daxil olan "AR-Pharm" MMC şirkəti tərəfindən yaradılmışdı. Sonradan "Hayat Farm" MMC-nin resident statusu ləğv edilmiş və 2018-ci ildə "R-Pharm" MMC Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır. Onu da qeyd edək ki, Rusiyanın "R-Farm" Şirkətlər Qrupu 2001-ci ildə A.E. Repnik tərəfindən yaradılıb. Özündə 3000-dən çox yüksək ixtisaslı mütəxəssisləri birləşdirən Şirkətlər Qrupu Rusiya Federasiyasının bütün ərazilərində, MDB ölkələrində, ABŞ-da, Almaniyada, Yaponiyada və digər ölkələrdə fəaliyyət göstərir. "R-Farm" yüksək texnologiyalı dərman vasitələrinin, laboratoriya avadanlıqlarının habelə tibbi texnikanın tədqiqi, və işlənib hazırlanması, istehsalı və kommersiyalaşdırılması üzrə ixtisaslaşır.

Eləcə də oxuyun:

Xəbər lenti
0