21:15 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
SƏHİYYƏ
Qısa URL
19 0 0

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB peyvəndə əks göstərişi olan şəxslərin necə arayış əldə edə biləcəyi, Azərbaycanda verilən peyvənd və immunitet sertifikatlarının xaricdə tanınması məsələlərinə aydınlıq gətirib.

BAKI, 14 iyul — Sputnik. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabında qeyd olunub.

Bildirilib ki, yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Bundan başqa, xarici ölkələrin peyvənd və immunitet sertifikatlarının Azərbaycanda tanınması məsələsinə də aydınlıq gətirilib. Belə ki, beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.

Xatırladaq ki, ölkəmizdə hazırda allergiya xəstəliyinin kəskinləşməsi, eləcə də xərçəng xəstəliyinin ağır forması olan xəstələrə vaksin vurulması tövsiyə edilmir.

Qeyd edək ki, Azərbaycanda peyvəndə əks göstərişi olanlar hazırda sistemdə qeydiyyatdan keçərək heç bir sənəd əldə edə bilmirlər. Peyvənd vurulanlara "peyvənd sertifikatı", virusa yoluxanlara "immunitet sertifikatı" verildiyi halda, peyvəndə əks göstərişi olanlar sistem tərəfindən tanınmır. Beləcə onlar "peyvənd sertifikatı" və "immunitet sertifikatı"nın tələb olunduğu yerlərə gedə bilmirlər.

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə bir sıra yerlərdə "peyvənd sertifikatı" və "immunitet sertifikatı"  tələb olunur. Buraya məscidlər, idman zalları, toylar daxildir. Azərbaycanda bu məkanlara getmək üçün COVID-19 sertifikatı tələb olunur. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var.

Əsas mövzular