Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"İmmunitet sertifikatı"nı "Peyvənd sertifikatı" ilə əvəz etmək qaydası açıqlanıb

© Sputnik / Murad OrujovСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşlara verilən "peyvənd sertifikat"ının müddəti,  “immunitet sertifikatı”nı “peyvənd sertifikatı” ilə əvəz etmək qaydasını, 3-cü doza (buster) vaksin vurulmasına göstərişləri açıqlayıb.

BAKI, 14 iyul — Sputnik. "Peyvənd sertifikatı" müddətsizdir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub. Qeyd olunub ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir:

"Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq".

Məlumatda həmçinin qeyd olunub ki, “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz etmək üçün Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, “Peyvənd sertifikatı” əldə etmək mümkündür. Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

Qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq: ""Peyvənd sertifikatı"nda son qəbul edilən 2 doza haqqında məlumat əks olunacaq. Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər. Eyni zamanda iyulun 2-dən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkədə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. İyulun 2-dən əvvəl 1 doza vaksin vurduran şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar".

Xatırladaq ki, Azərbaycanda hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Xəbər lenti
0