04:41 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (477)
36 0 0

Ötən ay koronavirusa yoluxanların 6 faizini 10-19 yaşlı əhali təşkil edib. Ötən ay koronavirusa yoluxanların 6 faizini 10-19 yaşlı əhali təşkil edib.

 

BAKI, 12 iyul — Sputnik. Azərbaycanda ötən ayın statistikasına görə, koronavirusa yoluxanların 3 faizini 0-9 yaşlı uşaqlar təşkil edir. Sputnik Azərbaycan-ın koronovirusinfo.az saytının icmalına əsasən hazırladığı məlumata görə, virusa yoluxanların 6 faizi 10-19 yaşlı əhalidir. Yoluxanlar arasında 20-29 yaşlılar 16 faiz, 30-39 yaş üzrə 21 faiz, 40-49 yaşlılar 15 faiz, 50-59 yaş üzrə 18 faiz təşkil edir.

Virusa yoluxma 60-69 yaşlı əhali arasında 15 faizdir. 70-79 yaşlı əhali arasında isə virusa yoluxma sayı 4 faiz təşkil edib. 80 yaşlı insanlar arasında bu rəqəm 2 faiz olub.

COVID-19-a yoluxma üzrə qadınlar yenə də "lider"dirlər. Qadınlar arasında bu rəqəm 51, kişilər arasında 49 faizdir.

Bakı şəhəri üzrə virusa yoluxma sayı yenə də Binəqədi rayonunda daha çoxdur. Bu rayonda virusa yoluxma 14,6, faiz təşkil edir. Ən az yoluxma isə Pirallahıda 0,5 faiz olub. Bölgələr üzrə Abşeronda virusa yoluxma faizi daha yüksəkdir - 13,0 faiz. Ən az yoluxma isə Naxçıvan Muxtar Respublikasında 0,08 faizdir.

Qeyd edək ki, son statistikaya - iyulun 11-nə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb. Son sutka ərzində koronavirusdan ölən olmayıb.

Koronavirus bəlası

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Eləcə də oxuyun:

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (477)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, Azərbaycan, statistika, qadınlar, kişilər, uşaqlar

Əsas mövzular