Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Pfizer" peyvəndinin effektivliyi xeyli aşağı düşdü

© AFP 2023 / PASCAL POCHARD-CASABIANCAВакцина от коронавируса Pfizer-BioNTech, фото из архива
Вакцина от коронавируса Pfizer-BioNTech, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
İsrail hökuməti sözügedən preparatın təsirinin azalmasının ölkədə yayılmağa başlayan koronavirusun "Delta" ştammı ilə əlaqədar ola biləcəyini istisna etməyib.

BAKI, 8 iyul — Sputnik. Azərbaycanda peyvənd olunanların üstünlük verdiyi "BioNTech/Pfizer" vaksininin koronavirusdan müdafiə etmə qabiliyyəti aşağı düşüb. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, bu, İsraildə aparılmış araşdırma nəticəsində ortaya çıxıb.

İsrail Səhiyyə Nazirliyindən bildirilib ki, 6 iyun tarixindən etibarən sözügedən peyvənd preparatının koronavirusun yayılması və simptomatik halların qarşısının alınmasındakı effektivliyi 64 faizə qədər geriləyib. Bununla belə, preparatın xəstəxanaya yerləşdirilmə və xəstəliyin çox ağır formada keçməsinin qarşısının alınmasındakı təsiri hələ də 93 faiz olaraq göstərilir.

İsrail hökuməti sözügedən preparatın effektivliyinin azalmasının ölkədə yayılmağa başlayan koronavirusun "Delta" ştammı ilə əlaqədar ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, 9,3 milyon əhalisi olan İsraildə vətəndaşların 60 faizi ən az bir doza "BioNTech/Pfizer" preparatı ilə vaksinasiya olunub.

Xatırladaq ki, may ayında "The Lancet" jurnalında dərc olunmuş məqaləyə görə, "BioNTech/Pfizer"-in 2-ci dozadan sonra koronavirusun yayılması, simptomatik və ağırlaşma hallarının qarşısının alınmasında 97 fazi effektli olduğu bildirilmişdi.

 

Xəbər lenti
0