CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya ilə Azərbaycan arasında peyvənd sertifikatlarının tanınması müzakirə olunub

Görüş - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Mixail Muraşkonun Azərbaycanın səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevlə səhiyyə sahəsində əməkdaşlığa dair sənəd imzalayıblar.

BAKI, 6 iyul — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 6-da Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Onlar COVID-19 əleyhinə peyvəndlərin sertifikatlarının qarşılıqlı tanınmasını müzakirə ediblər.

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko arasında görüş
Rusiya ilə Azərbaycan arasında peyvənd sertifikatlarının tanınması müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko arasında görüş

--------

15:42

Azərbaycan Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tədbirdə həmçinin Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov iştirak edib.

© Photo : Ministry of Healthcare of Azerbaijan RepublicAzərbaycan Səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Rusiyanın səhiyyə naziri Mixail Muraşko görüş zamanı
Rusiya ilə Azərbaycan arasında peyvənd sertifikatlarının tanınması müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Azərbaycan Səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Rusiyanın səhiyyə naziri Mixail Muraşko görüş zamanı

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Teymur Musayev və Mixail Muraşko "Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi"ni imzalayıblar.
Sənəd "Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi" barədə məlumatları özündə ehtiva edir.

Yol xəritəsi

Yol xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.
Bundan əlavə, sənəddə tədbirlərin keçirilməsi - tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi; prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və s. əks etdirilib.

Qeyd edək ki, Yol xəritəsi Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində tərtib edilib. Sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 27 aprel 2021-ci ildə Moskvada imzalanmış 19-cu iclasının Protokolunu həyata keçirmək məqsədi daşıyır.

Pandemiyaya qarşı birgə mübarizə

Teymur Musayev ölkələr arasında əməkdaşlığın uğurlu olmasını vurğulayaraq, Rusiya tərəfinə pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə, koronavirus infeksiyasına qarşı PZR-testlər və “Sputnik V” vaksini verilməsinə görə minnətdarlığını bildirib.

Azərbaycan səhiyyə nazirinin birinci müavini ötən yay Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun ölkəmizə səfər etdiyini və yeni bir növ koronavirus virusu sahəsində çalışan mütəxəssislər qrupunun gəldiyini xatırladıb. Onun sözlərinə görə, Rusiya mütəxəssislərin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz tövhəsini verib.

Teymur Musayev həmçinin 15 sentyabr 2015-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialın açılış mərasiminin olduğunu xatırladıb. Onun sözlərinə görə, beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyeva təşəbbüsü sayəsində reallaşıb.

Öz növbəsində, Rusiya Səhiyyə naziri Mixail Muraşko qeyd etdi ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın qərarlarına uyğun olaraq həyata keçirilir. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri birinci buraxılışı bu il olmuş İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulayıb.

 

--------

10:45

Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun Azərbaycana səfəri başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, rusiyalı nazir Azərbaycanın səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevlə birlikdə Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

1/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
2/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
3/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
4/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
5/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
1/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
2/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
3/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
4/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib
5/5
Rusiyanın səhiyyə naziri Mixail Muraşko Bakıda Fəxri xiyabanı ziyarət edib

M.Muraşko akademik Zərifə Əliyevanın da məzarına gül dəstələri düzüb. Daha sonra rusiyalı nazir Şəhidlər xiyabanını ziyarət edib. M. Muraşko səfər zamanı Bakıda bir sıra görüşlər keçirəcək. İki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənəd imzalanması da nəzərdə tutulur.

Qeyd edək ki, rusiyalı nazir Bakıda bir sıra görüşlər keçirəcək. Səfər çərçivəsində iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənəd imzalanması nəzərdə tutulur.

Xəbər lenti
0