Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusdan ölüm rekord həddə yaxınlaşır

© AP Photo / Pavel GolovkinСитуация в связи с эпидемиологической обстановкой в России, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в России, фото из архива  - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Şimal qonşumuzda virusa yoluxma və ölüm göstərici kəskin artır. Rusiya Operativ Qərargahının koronavirusdan ölüm sayını açıqlayıb.

 

BAKI, 4 iyul — Sputnik. Rusiyada son sutka ərzində daha 25 142 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Rusiya Operativ Qərargahının verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 610 941 nəfərə çatıb. Son sutka ərzində 663 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 137 925 nəfərə çatıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya və Fransadan sonra beşinci yerdə gəlir.

Qeyd edək ki, iyulun 2-də qonşu ölkədə koronavirusdan ölümdə rekord həddə çatıb. Həmin tarixdə Rusiyada bir gün ərzində qonşu 679 nəfər ölüb

Məlumat üçün qeyd edək ki, Rusiyada yeni növ koronavirus infeksiyasının (COVID-19) yeni "delta plus" ştamı da qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 181,4 milyonu keçib, 3,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0