03:01 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
18 0 0

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3749303 test aparılıb.

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330219 nəfər müalicə olunaraq sağalıb, 4974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3749303 test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Vaksin vurduranların sayı da açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88978 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48174 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3511219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2214990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1296229 təşkil edir.

Əsas mövzular