CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda son sutkada koronavirusa yoluxma göstəriciləri: ölənlər var

© AFP 2023 / INA FASSBENDERНаборы для экспресс-тестов на антигены в испытательном центре, фото из архива
Наборы для экспресс-тестов на антигены в испытательном центре, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində son sutkada koronavirusa yoluxma və ölüm sayını, eləcə də vaksinasiya prosesi üzrə məlumatları açıqlayıb.

BAKI, 28 iyun - Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 123 nəfər müalicə olunaraq sağalıb, 4970 nəfər vəfat edib, aktiv xəstə sayı 781 nəfərdir.

Ölkədə son sutka ərzində 4482, hazırkı dövrədək isə 3 733 194 test aparılıb.

Vaksin olunanların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 608 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 349 035, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 139 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 210 034 təşkil edir.

Eləcə də oxuyun:

Xəbər lenti
0