CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB-dən koronavirusun Hindistan ştammı ilə bağlı xəbərdarlıq

© AFP 2023 / NOAH SEELAMСотрудники полиции с шлемами в форме модели коронавируса в Индии
Сотрудники полиции с шлемами в форме модели коронавируса в Индии - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva koronavirusun təhlükəli Hindistan ştammının ölkəmiz üçün təhlükəsindən danışıb.

BAKI, 25 iyun — Sputnik. Koronavirusun Hindistan ştammının Azərbaycana keçmə ehtimalı böyükdür. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva "COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, Hindistan ştammı dünyanın 90-dan çox ölkəsində qeydə alınıb: "Türkiyənin 16 vilayətində koronavirusun Hindistan ştammı aşkarlanıb. Hal-hazırda Azərbaycanda koronavirusa yoluxma sayı azdır. Azərbaycanda koronavirusun Hindistan ştammına yoluxma qeydə alınmayıb. Amma bu ştammın ölkəyə gəlmə ehtimalı da yüksəkdir. Çünki Azərbaycan digər ölkələrdən izolə olunmuş vəziyyətdə deyil".

COVID-19-un Hindistan (delta) ştammı 

Dünya Hindistanda COVID-dən ölənlərin cəsədlərinin yandırıldığı tonqalların alovlarını əks etdiriən şokedici kadraları unutmamış bu bölgədən növbəti kədərli xəbərlər gəlməyə başladı. Virusun indi “Delta” adını almış Hindistan ştammı “Delta -plyus”a  mutasiya edib.

Beləliklə, koronavirusun Hindistan ştammı “Delta” - dünyada dominant hal almağa başlayıb. Hazırda koronavirusun bu variantı Rusiya, Türkiyə və Gürcüstan da daxil olmaqla, dünyanın 90 ölkəsində yayılıb.

Bundan başqa, sözügedən koronavirus ştammının “Delta-plyus” mutasiyası hələ aprel ayında Rusiyada aşkarlanıb, ancaq bunun bir yoluxma hadisəsi olduğuna dair heç bir dəlil yoxdur.

Beləliklə, Uhan virusu öz mövqeyini daha aqressiv Hindistan ştammına verib.

Niyə Hindistan ştammı yox, “Delta” adlandırdılar?

Virusun mutasiyası Hindistanda ortaya çıxıb, bununla belə, bütün ölkələrin həkimləri bu qərara gəliblər ki, ştammların coğrafi əlamətlərə görə adlandırılmasından qaçmaq üçün onları yunan əlifbasının hərfləri ilə fərqləndirsinlər. Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniya ştammına "Alfa", Cənubi Afrika ştammına "Beta", Braziliya ştammına "Qamma", Hindistan ştammına isə “Delta” adını verib.

“Delta” nə dərəcədə qorxulu və yoluxucudur?
Müxtəlif ölkələrdən daxil olan xəbərlərə görə, “Delta” ştammına yoluxma halında xəstənin hospitalizasiya ehtimalı iki dəfə çoxdur.

ÜST-ün Avropa bürosunun rəhbəri Hans Klüge bəyan edib ki, Hindistan ştammı hətta immuniteti möhkəm olan insanlar üçün belə “orijinal”  virusdan daha təhlükəlidir. Bu variantda “Uhan” ştammı ilə müqayisədə xəstəliyin inkişafı ildırım sürəti ilə gedir.

ÜST-ün COVID-19-a reaksiya üzrə baş mütəxəssisi Maria Van Kerkhove də “Twitter”-dən təqibçilərinə buna oxşar açıqlama verib: "Delta” daha yoluxucudur!"

Avropa İttifaqının səhiyyə orqanlarının nümayəndələrinin proqnozuna görə, avqust ayının sonuna kimi bütün COVID-19 hadisələrinin 90%-ni “Delta” variantına yoluxma halları təşkil edəcək.

Robert Kox İnstitutunun məlumatına görə, Almaniyada son bir həftə ərzində Hindistan ştammının aşkarlandığı xəstələrin sayı ən azı iki dəfə artıb. Rusiyada da vəziyyət qəlizdir. Moskva hakimiyyəti öz rəqəmlərini açıqlayıb: bu gün yoluxma hallarının 90%-i “Delta” ştammının payına düşür.

“Delta-plyus” nədir? Daha təhlükəlidirmi?

Gələn son xəbərlər bir o qədər də təsəlliverici deyil. Belə ki, Hindistan ştammı  "Delta" özü də mutasiyaya məruz qalıb. Onun ortaya çıxan yeni növü isə "Delta-plyus" adlandırılıb. Mutasiya olunmuş virusa ilk yoluxma hadisəsi də elə eyni ölkədə - Hindistanda qeydə alınıb. Bu günlərdə "Delta-plyus"dan ilk ölüm halı da müəyyən olunub. Həmin şəxs peyvənd olunmayıbmış.

Hindistan ştammının mutasiyası haqqında bilinənlər

“The Guardian"ın yazdığına görə, “Delta-plyus” “Delta” koronavirusunun əlavə mutasiyasıdır və rəsmi adı K417N-dir. Bəs niyə virusun bu növü ÜST-ün narahatlığına səbəb olub?

Elmi dəlillər ondan xəbər verir ki, virusun bu növü peyvənd sonrası və ya infeksiya sonrası yaranan immunitetdən qismən də olsa yayına bilir.

Bu isə o deməkdir ki, ştamma peyvənd təsir göstərməyə bilər, yəni vaksinasiya faydasızdır. Ancaq onu da əlavə etmək lazımdır ki, bu fikir hələlik tam təsdiqini tapmayıb. Bundan başqa, “Delta-plyus”-un xəstəliyin daha şiddətli formasına səbəb olub-olmadığına dair hələ kifayət qədər məlumat yoxdur. Çünki mutasiya indiyə kimi bir o qədər də geniş yayılmayıb.

“Delta” və “Delta-plyus”-un simptomları nələrdir?
Hindistan ştammına yoluxanlarda qarında ağrı, iştahanın itməsi, ürəkbulanması, ishal müşahidə olunur. Öskürək və hərarətin qalxması da baş verə bilər.

Peyvənd olunmusansa, yoluxmayacaqsan?

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir: hər iki mutasiya – “Delta” və “Delta-plyus” - yüksək yoluxuculuğa malik ştammlardır və buna görə də ilk növbədə peyvəndləmənin zəif aparıldığı əraziləri əhatə edəcək. Hazırda dünyada istifadə olunan peyvəndlər (Moderna / Pfizer, AZ / J & J ) standart “Delta” variantına qarşı təsirlidir.

Qarşımızda əhalinin peyvənd olunmasına görə öndə gedən İsrail nümunəsi var. Bu ölkə əhalisinin 60%-i artıq tamamilə vaksinasiya olunub. Ancaq  “Business Insider”-in xəbərinə görə, iyun ayında İsraildə xəstəliyin yenidən artımı qeydə alınıb, özü də yoluxmaların yarısı  “Delta” ştammı ilə və artıq peyvənd olunmuş şəxslərdə qeydə alınıb. Bununla belə, İsrail tibb işçiləri təsdiqləyirlər ki, Hindistan ştammına yoluxan vaksinasiya olunmuş şəxslərdə xəstəliyin gedişatı bir o qədər ciddi deyil. Yalnız nadir hallarda yoluxma xəstəxanaya yerləşdirmə və ya ölümlə nəticələnir.

Hansı peyvəndlər “Delta” ştammından qoruyur?

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (Public Health England) hesabatında qeyd olunur ki, peyvəndin növündən asılı olmayaraq, iki dozadan sonra bu preparatların “Delta” ştammına qarşı effektlivliyi 80,8%-dir. Bir dozadan sonra isə peyvənd Hindistan ştammından yalnız 33,2% qoruyur. Beləliklə, həkimlər peyvəndin bir dozasının Hindistan ştammına qarşı təsirli olmadığını etiraf edirlər.

Nə etməli?

Məsafə saxlamaq, maska taxmaq, əllərimizi tez-tez yumaq və qələblikdən qaçmaqla özümüzü qoruya bilərik. Və əlbəttə ki, ən əsası, peyvənd vurdurmaqdır. Qanımızda antitellərin səviyyəsi nə qədər yüksək olarsa, koronavirusun yeni ştammlarına yoluxma riskimiz də  bir o qədər azalar.

Xəbər lenti
0