CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirus: yoluxma sayı da artdı, ölüm də

© REUTERS / MOLLY DARLINGTONТесты на коронавирус, фото из архива
Тесты на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə üzrə koronavirusa yoluxanların və peyvənd olunanların sayını açıqlayıb.

BAKI, 25 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329959 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 815 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7728, ötən müddət ərzində isə ümumilikdə 3713779 test aparılıb.

Qeyd edək ki, dünən koronavirusa ölkə üzrə 51 yeni yoluxma faktı qeydə alınmışdı. 76 nəfər müalicə olunaraq sağalmış, ölüm faktı olmamışdı.

Peyvənd vurulanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 72 301 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 329 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 218 651, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 070 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 148 125 təşkil edir.

Eləcə də oxuyun:

  • Xalqın toy problemi: Yüz əlli nəfərlik toyları keçirməyə restoran tapılmır, çadır da ki...

  • Virusoloq: Hindistan ştammından qorunmaq üçün beş dəfə çox anticisim lazımdır

  • Şadlıq saraylarında kondisionerlər məsələsi

  • TƏBİB-in səyyar briqadaları iri ticarət mərkəzlərində peyvəndləmə aparırlar

Xəbər lenti
0