CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxmada da, ölümdə də artım qeydə alınıb

© REUTERS / MOLLY DARLINGTONТесты на коронавирус, фото из архива
Тесты на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7953, bu günə qədər isə ümumilikdə 3661027 test icra olunub.

BAKI, 18 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 335399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329339 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib. 1099 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7953, bu günə qədər isə ümumilikdə 3661027 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Dünən koronavirusdan ölüm faktı qeydə alınmamışdı.

Nə qədər adam vaksinasiya edilib?

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 302 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 915 954, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 908 805, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 007 149 nəfər təşkil edir.

Xəbər lenti
0