04:44 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (477)
862 0 0

Sənədə əsasən, iyulun 1-dən idman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə orada çalışan işçi heyətin ən azı 80%-nin "peyvənd sertifikatı"na və ya "immunitet sertifikatı"na malik olması halında icazə veriləcək.

 

Səhiyyə nazirinin müavini idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər sənədini imzalayıb.

Sənədin məqsədi

Sputnik Azərbaycan xəbər verir ki, sənəd idman və sağlamlıq-bərpa obyektlərində əməkdaşların və istifadəçilərin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına və bu infeksiyaya qarşı aparılan mübarızədə əldə olunmuş təcrübələrə əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən, COVID-19 insanlar arasında birbaşa təmas, hava-damcı yolu ilə və ya dolayı yolla viruslarla çirklənmiş səthlərə təmasdan sonra ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, fiziki məsafənin saxlanılması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi, qapalı yerlərin havasının dəyişdirilməsi xəstəliyə yoluxma riskini azaldır.

Fəaliyyət üçün şərtlər

Sənədə əsasən, iyulun 1-dən idman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə orada çalışan işçi heyətin ən azı 80%-nin "peyvənd sertifikatı"na və ya "immunitet sertifikatı"na malik olması halında icazə veriləcək.

İdman obyektlərində hazırkı metodiki göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaş təyin ediləcək. İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafə təmin olunacaq.

Əməkdaşlar birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə), yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunmalıdır.

İdman avadanlıqları arasında 1,5 metr məsafə təmin olunmalı, idman zallarında hər istifadəçi üçün minimum 4 kvadrat metr sahənin nəzərdə tutulmalıdır.

Məşqçi heyət yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməlidir.

İdman obyektlərində qidalanma COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməlidir.

Bildirilib ki, idman obyektlərinin girişləri təmassız termometrlərlə təmin edilməli, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirilməli, idman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməli, əməkdaşlar və istifadəçilər onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməlidir.

Yeni növ koronavirusun əmələ gələrək yayılması

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 162,5 milyonu keçib, 3,36 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (477)
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, idman zalı, reabilitasiya, göstəriş

Əsas mövzular